Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə həftə sonu seçkiyə gedir

Türkiyə həftə sonu seçkiyə gedir


Türkiyə vətəndaşları həftə sonu yenidən seçki məntəqələrinə üz tutacaqlar. Martın 31-də baş tutacaq bələdiyyə seçkiləri ilə əlaqədar artıq bütün hazırlıq prosesi başa çatıb.

Newscenter.az Türkiyə Mərkəzi Seçki Qurumuna istinadən bildirir ki, artıq bülletenlər çap olunub, seçki məntəqələrinə paylanılıb, səsvermə qutular hazır vəziyyətə gətirilib.

Bələdiyyə seçkilərində 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparacaq. Səsvermə prosesində təxminən 61 milyon seçici səs verəcək.

Məlumata görə, səsvermə prosesinin yüksək səviyyədə təşkili üçün ölkə üzrə 206 mindən çox seçki qutusu qurulacaq. Seçki əsasında 30 böyük şəhər, 51 qəsəbə, 973 mahal və 390 vilayət bələdiyyə başçıları və 50 min 336 muhtar təyin olunacaq.

Anar Əliyev
Xəbəri paylaş