Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin səslərin sayılması prosesi zamanı seçki komissiyalarında iftar fasiləsinin olub-olmayacağı barədə qərar verilib.
Newscenter.az Türkiyənin Yüksək Seçki Kurumuna istinadən verdiyi xəbərə gprə, seçki başa çatdıqdan sonra səslərin hesablanması fasiləsiz aparılacaq.
"298 saylı Seçkilərin və Seçici vərəqələrinin Əsas Müddəaları haqqında Qanunun 100-cü maddəsinin “Zərflərin açılması, səslərin sayılması və hesablanması” başlıqlı birinci bəndində “Səslərin sayılması və hesablanması dərhal başlayır, açıq və fasiləsiz həyata keçirilir', -deyə YSK-nın açıqlamasında bildirilib.
Anar Əliyev