Son vaxtlar insanların ən çox üzləşdiyi problemlərdən biri də nevroloji problemdir. Belə mənfi hallardan biri də təşvişli-nevrotik pozuntudur.
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtizova deyib ki, bir çoxumuz, bəzən həyəcanlanır, təşviş yaşayırıq:
"Təşviş, irəlidə olacaq hadisəyə qarşı plan qurmağımızı və həmin hadisəyə hazır olmağımızı təmin edən adaptasiyaya yönəlmiş duyğudur. Təşviş, bəzi insanlarda (kiçik hadisələr də daxil olmaqla) həyatın bir çox fərqli istiqamətiylə bağlı xroniki, aşırı və irrasional hala çevrilə bilər".
Psixoloq qeyd edib ki, qorxu, həmin anda özünü göstərən bir təhlükəyə verilən siqnal reaksiyasıdır:
"Təşviş pozuntusu yaşayan insanlarda mütəmadi şəkildə gələcəyə yönəlik narahat düşüncə, xroniki gərginlik, təşviş və nəzarət olunmayan dağınıq hüzursuzluq duyğusu müşahidə olunur. Həmçinin tez-tez çevrədəki mümkün təhlükə işarələrinə qarşı tetikdə olur, ertələmə, nəzarət etmə kimi müəyyən qaçma davranışlarından istifadə edir".
Anar Əliyev