Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

41 qeyri-qanuni mühacir xilas edilib

41 qeyri-qanuni mühacir xilas edilib


Türkiyədəki Ayvalık sahillərində 41 qeyri-qanuni mühacir xilas edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Balıkəsirdə Ayvalık mahalı sahillərində qeyri-qanuni yollarla Midilli adasına getmək istəyərkən Yunanıstan tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 41 qeyri-qanuni immiqranta Türk sərhədçilər yardım edib.

Sahil Təhlükəsizlik qrupları Ayvalık sahillərində xilasedici sallarda nizamsız immiqrantların olduğu xəbərini aldıqdan sonra hərəkətə keçib.

Sahil Mühafizəsinin "KB-4510" qayığı ilə bölgəyə çatan qruplar Yunan ünsürləri tərəfindən geri qaytarılan 16-sı uşaq olmaqla, 41 qeyri-qanuni immiqrantı xilas edib.

Mehman Mehdiyev
Xəbəri paylaş