"Türkiyənin demokratik dəyərlərə sadiqliyini və yerli özünüidarələrə innovativ baxışını önə çıxaran 31 Mart Yerli İdarəetmə Ümumi Seçkiləri milli və beynəlxalq arenada böyük əhəmiyyət kəsb edir".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Biz bu seçkilərə böyük əhəmiyyət veririk. Bu seçkilərlə demokratik dəyərlərimiz daha da güclənəcək"
Türkiyənin yenilikçi bələdiyyə yanaşmasını fərqli edənin texnologiya və davamlı inkişaf layihələri ilə şəffaf və vətəndaş yönümlü idarəetmə ilə insanların həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləməsi olduğunu ifadə edən Altun və əlavə etdi:
“Bu vizyonun ilk addımı və konkret nümunəsi olan 1994-cü il yerli seçkilərlə İstanbul Böyükşəhər Bələdiyyəsinin idarə olunması vəzifəsini üzərinə götürən cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu istiqamətdə mühüm addımlar atmışdır",-deyə bildirib.
Anar Əliyev