Bu gün energetika naziri Pərviz Şahbazov Qazax rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Newscenter.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, transformatorun yerinin dəyişdirilməsi, qaz təchizatı, qaz xətlərinin bərpası, təbii qaz və elektrik enerjisi sərfiyyatına görə yaranmış borc və cərimələr, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Qazax rayonu ilə yanaşı, Gəncə şəhəri, Goranboy və Tovuz rayonlarından olan 11 vətəndaş iştirak edib.
Süleyman