Enerji Bazarını Tənzimləmə Qurumunun 2024-cü ilin yanvar ayı üçün "Mayeləşdirilmiş Neft Qazları (LPG) Bazar Sektoru Hesabatı" açıqlanıb.
Newscenter.az Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyinə istinadən bildirir ki, Türkiyənin LPG idxalı yanvar ayında keçən ilin eyni ayına görə 18,47 faiz azalaraq 274 min 474 tona çatıb.
LPG neft emalı zavodu və distribyutor lisenziyası sahibləri tərəfindən Əlcəzair, ABŞ, Nigeriya, Rusiya, Qazaxıstan və Yunanıstandan idxal edilib.
Bu dövrdə neft emalı zavodu və distribütor lisenziyası sahibləri tərəfindən LPG ixracatı 3,90 faiz azalaraq 43 min 852 tona düşüb. LPG istehsalı isə eyni dövrdə yüzdə 26,16 artaraq 73 min 575 tona çatıb.
Natiq Orucov