Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın Ermənistana gətirdiyi fəlakəti hər kəs hiss edir

Paşinyanın Ermənistana gətirdiyi fəlakəti hər kəs hiss edir


"Nikol Paşinyanın Ermənistana gətirdiyi fəlakəti artıq hər kəs hiss edir. İrəvan böyük sıxıntıdadır. Yəni bu gün İrəvan özünə gəlməsə, onu Xankəndinin taleyi gözləyir".

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu siyasi təhlilçi Hasmik Babacanyan deyib. O bildirib ki, Ermənistanın əli hər yerdən üzülüb və Azərbaycan tərəfi mühüm döyüş mövqelərindədir:

"O, dərhal deyə bilməz ki, bütün Ermənistan Azərbaycandır, xəritəni götürüb və Ermənistanın ərazilərini mərhələ-mərhələ təhvil verir. Dərhal desə ki, Ermənistan və ya onun dominant hissəsi Azərbaycandır, planı həyata keçirə bilməyəcək",-deyə təhlilçi bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş