Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda nəqliyyatın hərəkəti iflic oldu

Qazaxıstanda nəqliyyatın hərəkəti iflic oldu


Qazaxıstanın 7 rayonunda 26 yaşayış məntəqəsinə giriş məhdudiyyəti qoyulub.

Newscenter.az-ın "Sputnik Qazaxıstan"a istinadən vediyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Akmola Şimali Qazaxıstan və Pavlodar vilayətlərində 439 fərdi yaşayış evi, 334 həyətyanı sahə və 75 bağ evi su altında qalıb.

Həmçinin, respublika, rayon və yerli əhəmiyyətli avtomobil yollarının 24 avtomobil yolunu su aparıb, 84 yol örtüyü su altında qalıb.

Su basmış yaşayış məntəqələrindən 4733 nəfər xilas edilərək təxliyə edilib. Onlardan 1686 nəfəri uşaqdır. Hazırda 2992 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib. Onların arasında 1001 uşaq var.

Mehman Mehdiyev
Xəbəri paylaş