Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 33 minə yaxınlaşır

Qəzzada ölənlərin sayı 33 minə yaxınlaşır


İsrailin 2023-cü il, oktyabrın 7-dən Qəzzaya qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 32 min 623-ə yüksəlib.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təkcə son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda 71 fələstinli həyatını itirib, 112 fələstinlinin isə yaralanıb.

Keçən il oktyabrın 7-dən başlayan əməliyyatlar nəticəsində yaralıların sayı isə 75 min 92-yə çatıb.

Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanır.

Mehman Mehdiyev
Xəbəri paylaş