Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün işləyəcək

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün işləyəcək


Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərində qatarlarımız Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün hərəkətdə olacaq.

Newscenter.az Azərbaycan Dəmir Yollarına istinadən bildirir ki, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir.

Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək.

Süleyman
Xəbəri paylaş