Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya XİN: "102-ci hərbi bazasının olması Ermənistanın suverenliyinin yeganə real təminatıdır"

Rusiya XİN: "102-ci hərbi bazasının olması Ermənistanın suverenliyinin yeganə real təminatıdır"


"Ermənistanda Rusiya Federasiyasının 102-ci hərbi bazasının olması Ermənistan Respublikasının suverenliyinin yeganə real təminatıdır".

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilir.

Rusiya xarici siyasət idarəsi hesab edir ki, 102-ci bazanın Ermənistandan çıxarılmasının respublikanın hərbi potensialını hansısa formada gücləndirəcəyini düşünmək təhlükəli demaqogiyadır.

"Bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir”, - deyə XİN qeyd edib.

Anar Əliyev
Xəbəri paylaş