Rusiyalı jurnalist Vladimir Solovyovu Azərbaycan əleyhinə fəaliyyətə sövq edən erməni diasporu və lobbisinin maliyyəsidir, Ona görə də Solovyovdan başqa nəsə gözləməyə dəyməz.
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Vladimir Solovyov bir qayda olaraq antiAzərbaycan fəaliyyəti ilə seçilib və əsas məqsədi də Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq olub:
"Onun İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan əleyhinə olan fəaliyəti hər kəsə məlumdur. 44 günlük Vətən müharibəsində Solovyov açıq-aşkar Ermənistanın müdafiəçisi qismində çıxpış edirdi".
Arzuman Muradlı deyib ki, Moskva vilayətində baş vermiş ağır terror hadisəsində Solovyovun Azərbaycan izi axtarması da onun məhz ölkəmizə düşmən münasibət bəsləməsindən irəli gəlir:
"Ümumiyyətlə, Solovyov və onun kimi bir çox media nümayöəndəsi Rusiyanın media məkanında Azərbaycan əleyhinə fəaliyyətlə məşğuldurlar. Hesab edirəm ki, Rusiya dövləti həmin şəxslər barəsində müəyyən ölçü götürməlidirlər. Çünki onların fəaliyyəti birbaşa Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa hesablanıb".
Süleyman