Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehranın ikibaşlı oyunu

Tehranın ikibaşlı oyunu


İran zaman-zaman Azərbaycana qarşı fərqli mövqelər nümayiş etdirir. Gah Bakı ilə münasibətləri normallaşdırmağa çalışır, gah da ənənəvi aqressiv mövqeyini sərgiləyir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranla Azərbaycan arasında siyasi münasibətlər yenidən kəskinləşib. Onun sözlərinə görə, xüsusilə İranda Azərbaycana qarşı separatizmi dəstəkləyən konfransın təşkil olunması, SEPAH "Huseyniyyun" terror təşkilatının fəallaşması, kütləvi informasiya vasitələrində anti-Azərbaycan kampaniyası davam etməsi ikitərəfli münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb:

"Azərbaycan Tehranın israrlı danışıqlarından sonra, səfirliyinin açılması istiqamətində addımlar atırdı. Artıq Tehranda səfirliyin açılması gözlənilmir. Bundan əlavə, Azərbaycanın Tehranda səfirliyinə qarşı terror hücumundan təqsirli bilinən şəxslə bağlı qərar qəbul edilməməsi də Tehranın əlaqələrinin inkişafında maraqlı olmadığını göstərir".

Anar Əliyev
Xəbəri paylaş