Türkiyədə təqaüdçülər sərnişin qatarlarında güzəştli şərtlətlə hərəkət edəcəklər.
Newscenter.az Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən bildirir ki, təqaüdçülər qatarlarda 10 faiz endirimlə səyahət edəcəklər.
Güzəştlərin 2024-cü il "Təqaüdçülər İli" çərçivəsində baş tutacağı bildirilir.
"Təqaüdçülərimizin iqtisadi və rahat səyahət etmələrini təmin etmək üçün yüksək sürətli, magistral və regional qatarlarımıza 10 faiz endirim tətbiq edirik. Beləliklə, biz təqaüdçülərimizin nəqliyyat ehtiyaclarına töhfə verərək, az da olsa səyahət etməyə təşviq etməyi hədəfləyirik",-deyə nazirliyin açıqlamasında qeyd edilir.
Qeyd edək ki, 85 milyon əhalisi olan Türkiyənin təqaüdçü əhalisinin sayı təxminən 16 milyon nəfərə çatır.
Natiq Orucov