Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp prezident seçilərsə, nə baş verəcək?

Tramp prezident seçilərsə, nə baş verəcək?


Birləşmiş Ştatlarda prezident seçkiləri yaxınlaşdıqca seçki gərginliyi də artır. Seçkiöncəsi keçirilən rəy sorğularının nəticələrinə əsasən, sabiq prezident Donald Trampın seçkidə qələbə qazanmaq şansı daha çox görünür. Bəs görəsən Trampın prezident seçilməsi mümkündürmü və bu halda ABŞ-ın siyasətində hansı dəyişiklik baş verə bilər?

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ prezidenti C. Bayden Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə danışıqlar apararaq Qəzzada hərbi əməliyyatlardan sonra bu ölkələrin İsrailin müstəqilliyini tanıyacağını və Fələstin dövlətinin də yaradılmasını razılaşdırıldığını vurğulayıb:

"Qəzzada Həması tam məhv etdikdən sonra, Fələstinin əsas hissəsi ilə Qəzza zolağı birləşəcək və Ramallah administrasiyası Qəzzaya nəzarət edəcək. Bununla da uzun illər davam edən İsrail-Fələstin münaqişəsinə son qoyula bilər.

Görünür, İsrailin Qəzzada hərbi əməliyyatları da ərəb ölkələri ilə razılaşdırılıb. ABŞ prezidenti C. Bayden bu planı növbəti dəfə prezident seçilərsə, icra edəcək. İndiki məqamda bu planı elan etməklə ərəb ölkələrindən və daxildən dəstək almağı düşünür. Qeyd edim ki, Fələstin dövlətinin İsrail tərəfindən tanınması üçün B. Netanyahu administrasiyası istefa verməlidir. İndiki İsrail hökuməti ilə Fələstin arasında sülh mümkün deyil".

Məhəmməd Əsədullazadə hesab edir ki, əgər, Tramp prezident seçilərsə, İbrahim razılaşması reallaşa bilər:

"Amma, Fələstin dövləti tanınmayacaq. ABŞ İranın Yaxın Şərqdə mövqeyini zəiflətmək üçün Fələstin dövlətinin yaradılmasının zəruriliyini qəbul edir".

Süleyman
Xəbəri paylaş