Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vitse-prezident: "Biz şüarlar səsləndirmirik, söz xatirinə danışmırıq"

Vitse-prezident: "Biz şüarlar səsləndirmirik, söz xatirinə danışmırıq"


"Bizim ana müxalifət partiyamız var. Gecə-gündüz qadından danışırlar. Soruşmalıyıq ki, sizdə daha çox qadın deputat var, yoxsa AK Partiyanın? Hazırda parlamentdə ən çox qadın millət vəkili olan partiya AK Partiyadır".

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz səsləndirib. O bildirib ki, AK Partiya müxalifətdən fərqli olaraq şüarlar səsləndirmir, söz xatirinə danışmır:

"Biz qadınları həqiqətən gücləndiririk. Təmsilçilik baxımından da çox fərqli addımlar atırıq. Mən özüm də şahidəm. Prezidentimiz hamımıza ciddi şəkildə tövsiyyə edirdi ki, “Qadınlar mütləq siyahılara salınmalıdır, qadınların kvotasına diqqət yetirilməlidir”.

Vitse-prezident onu da qeyd edib ki, bu mövzuda sosial müqavimət var, asan deyil:

"Biz onu addım-addım pozuruq. İndi çatdığımız nöqtə kifayət qədər yaxşıdır, inşallah daha yaxşı nöqtəyə gedəcəyik".

Süleyman
Xəbəri paylaş