Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzər sahilində suitilərin kütləvi ölümü aşkar edilib

Xəzər sahilində suitilərin kütləvi ölümü aşkar edilib


Xəzər dənizi sahilində suitilərin kütləvi şəkildə cəsədləri aşkar edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dəniz heyvanlarının cəsədlərinə Xəzərin Qazaxıstan hissəsində rast gəlinib.

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıq Təsərrüfatı Komitəsindən verilən məlumata görə, 62 ölü suiti cəsədi tapılıb.

Ekologiya Departamentinin və yerli icra orqanlarının nümayəndələri suitilərin aşkar olunduğu yerdə olublar. Ölü suitilərin aşkar olunduğu yerdən su nümunəsi götürülüb. "Cayık-Xəzər" rayonlararası hövzə balıqçılıq müfəttişliyinin əməkdaşları Xəzər dənizinin sahilində monitorinqlər aparırlar.

Mehman Mehdiyev
Xəbəri paylaş