Yunanıstanda şiddətli zəlzələ baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi yayıb.
Mərkəzin yaydığı məlumatda bildirilib ki, Yunanıstanın cənubunda 6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar ölkənin bir sıra ərazilərində hiss edilib.
Qeyd edək ki, son vaxtlar bölgədə seysmoloji aktivlik artıb.
Anar Əliyev