Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Aİ-nin Cənubi Qafqazda müharibəyə başlayır

ABŞ və Aİ-nin Cənubi Qafqazda müharibəyə başlayır


İkinci Qarabağ müharibəsindən sonra ciddi cəhdlə regionda yaranmış kövrək sabitliyi pozmağa çalışan Birləşmiş Ştatlar və Avropa İttifaqı artıq bu istiqamətdə konkret hərəkətə keçiblər. Avropa İttifaqının mülki missiyası adı altında Azərbaycanla şərti sərhəddə yerləşdirilən qüvvələrin qısa zamanda hərbi missiyaya çevriləcəyi açıq-aydın görünürdü. Artıq hər şey tam çılpaqlığı ilə ortadadır. Amerika və Avropa İttifaqı Ermənistan vasitəsilə Cənubi Qafqazda yeni müharibəyə hazırlaşır. Hər nə qədər bu müharibə Rusiyaya qarşı yönəldə də, lakin Azərbaycan üçün də bu ciddi təhdiddir. Ümumən, nəzərdə tutulan plan bütün region və regiona qonşu olan ölkələr üçün təhlükə mənbəyidir.

Qeyd etdiyimiz kimi cərəyan edən proseslər onu deməyə əsas verir ki, ABŞ və Avropa İttifaqı Ermənistanın əli ilə Cənubi Qafqazda yeni müharibəyə başlamaq istəyir. Artıq Ermənistanla Azərbaycanın şərti sərhəd xəttinə Ermənistanın hərbi texnikalar cəmləşdirilməsi ilə əlaqədar videokadrlar yayılır. Aprelin 5-də ABŞ və Avropa İttifaqının Ermənistanla bağlamaq istədiyi hərbi pakt nəinki Azərbaycan xalqına və dövlətinə qarşıdır, bütün region üçün böyük təhdiddir. Rusiya artıq bu hərbi paktı kəskin pislədi və Ermənistana açıq xəbərdarlıq etdi. “Qırmızı xətlər” barədə danışmağı sevən İran isə hələ də susur. Bu hərbi paktla əlaqədar region ölkələri - Gürcüstan, qardaş Türkiyə də öz qəti mövqeyini bildirməlidir. Ermənistan yenə də alət kimi istifadə olunmasının fərqinə varmalı və odla oynamamalıdır.

Azərbaycan dövləti özünə qarşı heç bir təhdidi qəbul etməyəcək. Azərbaycanın iradəsindən kənarda Cənubi Qafqazda istənilən təşəbbüs qabaqcadan fiasko deməkdir.

Newscenter.az
Xəbəri paylaş