Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fələstinin xarici siyasətində erməni rolu

Fələstinin xarici siyasətində erməni rolu


Mahmud Abbas tərəfindən Fələstinin yeni hökumət kabinetində Varsen Ağabekyanın xarici işlər və xaricdəki həmvətənlərlə iş üzrə nazir təyin edilməsi ermənilərin “böyük siyasətindən” xəbər verir.

Kiçik bir əraziyə malik Fələstinin ictimai-siyasi, sosial-mədəni həyatında ermənilərə xüsusi yer verilməsi, dəfələrlə ən ali səviyyədə “biz və ermənilər bir xalqıq”, “ermənilər bizim qardaşımızdır” kimi fikirlərin səsləndirilməsi haylara olan məhəbbətin bariz nümunəsidir.

Hər il Fələstindəki erməni kilsələrində türklərə və yəhudilərə qarşı terror çağırışlarına, digər təxribatçı davranışlara əhəmiyyət verməyən Fələstin rəhbərliyinin bütün bunlar azmış kimi terror və neofaşist zenhiyyətli bir qadını yeni hökumətə gətirməsi Mahmud Abbasın bir daha dünya erməniliyinə və sepratizminə güvəndiyini, onlara ehtiramını nümayiş etdirir.

Biz 30 ildir ki, Fələstinin Ermənistana olan xoş niyyətini və səmimi mövqeyini, ancaq Azərbaycanın milli maraqlarının əleyhinə hərəkətlərini görürürk. Neçə illərdir ki, Azərbaycan Fələstinə hər cür dəstək verir, humanitar yardımlar edir, zəruri ərzaq, tibbi və digər sosial ehtiyacların ödənilməsində köməyini əsirgəmir. Cənab Prezident İlham Əliyev fələstinlilərin mənafeyini ən böyük tribunalarda müdafiə edir. Birinci vitse-prezident Mehriban Əliyeva “Fələstin üçün tək ürək” kampaniyasında ön sırada yer alaraq əlindən gələni əsirgəmir.

Bu qədər humanizm və siyasi dəstəyin qarşılığında yenə də bu islam ölkəsində ermənipərəst ritarika ilə qarşılaşırıq.
Dünyada islama və türklərə qarşı açıq mövqeyi ilə tanınan, “erməni soyqırımı”nı təbliğ edən 66 yaşlı qadının nazir təyin edilməsi də Fələstinin Azərbaycana qarşı növbəti ikilistandartlığının təzahürüdür.

Məgər Fələstində erməni naziri əvəz edəcək kişi yoxdurmu?

İndiki vəzifəsinə qədər Yaxın Şərqdə və Fələstində Kilsə İşlərinə Nəzarət üzrə Ali Komitənin üzvü olmuş Varsen Ağabekyan İordaniya və Livandakı erməni cəmiyyətləri və dini yeparxiyalar ilə sıx işləyib, Livan Kilikiya katolikosluğunun təlimatlarını icra edib. 44 günlük Vətən müharibəsində erməni terrorçularını “xeyir-dua” ilə cəbhəyə yola salan Katalikos II Qareginlə də isti münasibətləri mövcuddur.

20 ildin artıqdır ki, nəşr etdirdiyi siyasi ədəbiyyatlarda, xüsusilə də “Fələstin erməniləri: Sosial və siyasiət arasında qarışıqlıq” adlı kitabında ermənilərin Azərbaycan, Türkiyə, İran və ərəb torpaqlarının, Qüdsün sahibi olmasını iddia edən Ağabekyan açıq-aşkar ərazi iddiaları irəli sürür. Ona görə də onun Fələstinin xarici siyasətində “Böyük Ermənistan” xülyaları yer alacaq, Azərbaycan və Türkiyə ilə münasibətləri zədələməyə çalışacaq.

Onun İsrailə, yəhudilərə olan münasibətində kin və nifrət, antisemitizm meyilləri də bölgədə vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

Bir sözlə, bu hay xanımı daha çox Fələstinin dövlətlərarası münasibətlərini zədələyəcək, bundan itirən Fələstin Muxtariyyəti olacaq.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş