Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri Diyarbəkir şəhərində xoşagəlməz olayla nəticələnib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Diyarbakırın mərkəz Sur mahalı Ağaçlıdere mahalında muhtar seçimi səbəbiylə iki qrup arasında qarşıdurma yaranıb. Nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə yerinə gələn jandarma vəziyyəti sabitləşdirməyə nail olub. Qarşıdurma zamanı əraziyə sövq edilən təcili yardım maşınlarından ikisi atılan daşlarla zədələnib.
Anar Əliyev