Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nə 31 Mart soyqırımının, nə də Xocalı soyqırımının qurbanlarının qisası yerdə qaldı

Nə 31 Mart soyqırımının, nə də Xocalı soyqırımının qurbanlarının qisası yerdə qaldı


Xocalıda aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin nəşi 32 il sonra, bu gün - Azərbaycanlıların Soyqırım günündə Xocalı Şəhidlər xiyabanında dəfn edildi.
Hər iki soyqırımı erməni barbarları tərəfindən xüsusi amansızlıqla törədilib. Bu baxımdan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə 32 il öncə Xocalıda törədilmiş qətliamın qurbanlarının qalıqlarının milli-mənəvi dəyərlərimizin müşayiəti və müvafiq dövlət qurumlarımızın dəstəyi ilə dəfn olunmasının özü də ibrətli hadisədir, tarixi mesajdır. Nə 31 Mart soyqırımının, nədəki Xocalı soyqırımının qurbanlarının qisası yerdə qalmadı.

Tarix boyu soydaşlarımızın mənfur qonşularımız tərəfindən məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına, deportasiyalara, terrora və işğallara məruz qalmasına 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra son qoyulub. İşğal dönəmində baş vermiş erməni vəhşilikləri zaman keçdikcə bütün təfərrüatı ilə üzə çıxacaq, xalqımıza qənim kəsilmiş erməni faşizmini tam olaraq ifşa etməyimiz mümkün olacaq.

İndi hər birimiz tarixi ədalətin tam olaraq bərpası üçün xalqımıza qarşı həyata keçirilmiş dəhşətli soyqırım hadisələrini bütün dünyanın diqqətinə çatdırmalıyıq. Dünya birliyi erməni faşizminin və Ermənistanın təcavüzkar dövlət siyasətinin mahiyyətini bütün gerçəkliyi ilə görməli və bilməlidir.
Allah şəhidlərimizə rəhmət eləsin.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş