Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aprel döyüşləri-Hərb tariximizdə düşmən üzərində psixoloji üstünlüyün təsdiqi

Aprel döyüşləri-Hərb tariximizdə  düşmən üzərində psixoloji üstünlüyün təsdiqi


Tarixə Aprel döyüşləri kimi düşən müharibədən 8 il keçir. Məhz 2020-ci ildə əldə etdiyimiz tarizi Zəfərin başlanğıc nöqtəsi kimi Aprel döyüşləri hesab edilir.

Newscenter.az-ın xəbərinə görə, həmin tarixi hadisəyə nəzər salan AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, hərb tariximizdə düşmən üzərində psixoloji üstünlüyün təsdiqi baxımından əvəzsiz hesab olunun aprel zəfəri, fiziki və texnoloji gücün silahlı qüvvələrimizdə olduğunun sübutu idi. Onun sözlərinə görə, Aprel döyüşləri Ermənistan və onun havadarları üçün ilkin xəbərdarlıq idi:

"Çünki 2020-ci ilə qədər rəsmi Bakı işğal prosesinin sona çatması və torpaqlarımızın geri qaytarılması üçün mümkün bütün diplomatik gedişlərdən istifadə etdi ki, müharibə olmasın. Lakin Ermənistanda hakimiyyətə yiyələnən Nikol Paşinyan və komandası da sələfləri kimi ölkəmizi yeni işğal və yeni torpaqlar tezisi ilə təhdid etməyə başladı. Bu isə ordumuz qarşısında tarixi missiyanın vaxtının çatdığının işarəsi idi. Azərbaycan ordusu dörd il sonra düşmən ölkəyə aid olduqları yeri göstərərək tarixi ədaləti bərpa etdi".

Süleyman
Xəbəri paylaş