Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il kollec tələbələri üçün 11 yataqxana tikiləcək

Bu il kollec tələbələri üçün 11 yataqxana tikiləcək



Bu il kollec tələbələri üçün 2,6 min çarpayıdan çox olan 11 yeni yataqxananın istifadəyə verilməsi planlaşdırılır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Kollec tələbələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ötən il respublikanın 9 rayonunda 2,5 mindən çox çarpayılıq 13 yataqxana istifadəyə verildiyi məlumatda qeyd edilib.

Bu il yeni tələbə yataqxanalarının Akmola, Almatı, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində tikiləcəyi nəzərdə tutulur. Hazırda onların tikintisinə sərmayəçilər cəlb olunur.

Məlumat üçün qeyd edək ki, hazırda Qazaxıstanda kollec tələbələrinin 87%-dən çoxunun yataqxanaya çıxışı var.

Nərgiz Əzizova
Xəbəri paylaş