Türkiyə daha bir seçkiyə yekun vurdu. Ötən gün keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən, müxalif Cümhuriyyət Xalq Partiyası seçkinin qalibi oldu. Bəs görəsən, seçkidə CHP-nin qalib gəlməsini şərtləndirən başlıca amillər hansılar idi?
Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov deyib ki, Türkiyədə baş tutan bələdiyyə seçkilərində daha çox CHP-nin irəli çıxması faktını iki amillə dəyərləndirmək lazımdır:
"İlk növbədə ABŞ-la olan yaxınlaşma fonunda AKP-nin nisbətən loyallıq göstərib CHP-yə jest etməsi. Digər tərəfdən
R.T.Ərdoğan başa düşür ki, bu, onun sonuncu hakimiyyəti dövrüdür. Gələcəkdə hakimiyyətdən getdikdən sonra, onun yerinə öz davamçısı gəlsə belə, CHP-nin ona qarşı olan aqressiyası qismən azalsın. CHP-li kadrlar da bir az vəzifə kürsüsündə otursunlar, necə deyərlər dadını çıxarsınlar. Amma təbii ki, bu, məsuliyyət tələb edən işdir. Kürsüdə oturmaqla iş olmaz. Oturduğun kürsünün haqqını vermək də lazımdır. Sadəcə oturmaqla iş olmur".
Politoloqun szlərinə görə, Ərdoğan yaxşı başa düşür ki, hakimiyyətdə AKP-li kadro olduğu halda yerlərdə CHP-nin əl-qolu bağlı olacaq:
"Eyni zamanda, ümumi iqtisadi çətinlik fonunda yerli bələdiyyədə kim vəzifədə olursa-olsun əl-qolu bağlı olacaq. Hər hansı ciddi dönüş və əzm göstərə bilməyəcək. Xüsusən də, arxasında dövlətin dəstəyini hiss etməsə. Odur ki, CHP-nin bu seçkilərdə qələbəsini siyasi gediş hesab edirəm. İrəlidəki seçkiyə dörd il yarım qaldığı bir müddətdə tərəflərin özlərini seçicinin gözündə dəyişmək üçün çox vaxtları olacaq. Fikrimcə, AKP də buna hesablanmış oyun aparır".
Süleyman