“İslam Dövləti” (İŞİD) terror təşkilatı Birləşmiş Ştatlar və onun müttəfiqlərinə qarşı hücum həyata keçirmək barədə düşünür.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri, istefada olan general Kennet Makkenzi deyib.
"İŞİD-in vətənimizə hücum etmək istəyi güclüdür. Hesab edirəm ki, təhlükə getdikcə artır. Məncə, bu, qaçılmazdır”, - deyə McKenzie bildirib.
CENTCOM-un keçmiş rəhbəri hesab edir ki, Amerika qüvvələri Əfqanıstandan çıxarılandan sonra İŞİD-in təşkil etdiyi terror aktları riski artır:
"Əgər biz 2500 əsgər, NATO tərəfdaşlarımız isə 4000 və ya 5000 əsgər göndərsəydik, o zaman Əfqanıstanda olmağımızın əsas səbəbi olan İŞİD-ə qarşı mübarizəni davam etdirə və daxildə hücumların qarşısını ala bilərdik və daha təhlükəsiz olardıq”.
Anar Əliyev