Türkiyədə bələdiyyə seçkiləri artıq başa çatıb və seçkilərin qalibi də demək olar ki, bəllidir. Gözlənildiyinin əksinə olaraq ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyası uzun illərin seçki məğlubiyyətindən sonra 31 mart bələdiyyə seçkilərində qalib oldu.
Newscenter.az-ın xəbərinə görə, Türkiyədəki seçki nəticələrinə diqqət çəkən siyasi ekspert Zəlimxan Məmmədli deyib ki, seçkinin mümkün nəticələri gözlənilən idi. İlkin nəticələr elan edildikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın xalq müraciətinə diqqət çəkən ekspert deyib ki, demokratiya budur:
"Seçkidə uda və uduza bilərsən. Əsas odur ki, lider tarazlığını itirməsin. Xalqın səsini, seçimini həzm edib, rəqibini təbrik etsin. Ərdoğan da bunu etdi".
Zəlimxan Məmmədli hesab edir ki, Türkiyə seçkilərindən Azərbaycanda da nəticə çıxarılmalıdır.
Anar Əliyev