Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dərslər onlayn rejimdə keçiriləcək

Dərslər onlayn rejimdə keçiriləcək


Qazaxıstanən bir sıra bölgələrində dərslər onlayn rejimdə keçiriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb ölkədə baş verən təbii fəlakətdir. Belə ki, bir sıra bölgələrdə baş verən sel təhlükəsi olan ərazilərdəki 56 məktəbdə, həmçinin təxliyyə məntəqəsi kimi müəyyən edilmiş 32 məktəbdə distant təhsil təşkil edilir.

"Bu gündən Bazar ertəsindən 3 milyondan çox qazaxıstanlı şagird üçün 2023-2024-cü tədris ilinin dördüncü rübü başlayır. Eyni zamanda, daşqın təhlükəsi olan bölgələrdəki tələbələr distant təhsilə keçiriləcək. Yerli ərazilərdə keyfiyyət təminatı şöbələri və Təhsil Nazirliyinin ərazi təhsili sahəsində rayon təhsil şöbələri işləyir. Ekvakuasiya məntəqələrində uşaqlara lazımi yardımın göstərilməsi üçün psixoloji xidmətlər aktivləşdirilib. Uşaqlar distant təhsil üçün zəruri olan tədris materialları, geyim və texniki avadanlıqlarla təmin olunub. Təxliyə edilmiş 1-4-cü sinif şagirdlərinin qida ilə təmin olunması məsələsi üzərində iş aparılır”, - deyə bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş