"Ermənistan Rusiya ilə qarşıdurma kontekstində ABŞ və Qərbin, sözün geniş mənasında, geosiyasi qumar obyektinə çevrilir".
Newscenter.az Lenta.ru-ya istinadən bildirir ki, bunu Rusiya Federal Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib. Rusiyanın Ermənistanın bütün bəyanatlarına diqqətlə yanaşdığını deyən Karasin,
"Bu, çox təhlükəlidir və yeri gəlmişkən, təkcə İrəvanla Moskva arasındakı münasibətlərə deyil, həm də Ermənistanın regional və dünya məsələlərində nüfuzuna və perspektivlərinə çox konkret ziyan vura bilər. Bunu başa düşməmək çox təhlükəli aldatmadır”, - deyə Karasin bildirib.
Qeyd edək ki, Karasin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq barədə bəyanatını şərh edərkən bunları deyib.
Anar Əliyev