İsrail ordusu hava və quru əməliyyatları ilə tamamilə fəaliyyətsiz hala gətirdiyi Şifa xəstəxanasından geri çəkilib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə İsrail ordusu məlumat yayıb. Ordunun açıqlamasında bildirilib ki, 18 martda başlayan və 14 gün davam edən hücumlardan sonra İsrail qüvvələrinin Şifa xəstəxanası və ətrafından çəkilməsinə qərar verilib.
Açıqlamada, Şifa Xəstəxana kompleksində ağır dağıntılara və içəridə dəyən ziyana baxmayaraq, hücumlar zamanı mülki vətəndaşların, xəstələrin və sağlamlıq qruplarının zərər görməsinin qarşısı alındığı iddia edilib.
Qeyd edək ki, İsrail ordusu 14 günlük hücumlar zamanı Şifa xəstəxanası və ətraflarında 200-dən çox fələstinlini qətlə yetirib, 900-dən çox insanı isə həbs edib.
Mehman Mehdiyev