Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şizotipal şəxsiyyət pozuntusu nədir?

Şizotipal şəxsiyyət pozuntusu nədir?


İnsanlar arasında tez-tez meydana gələn problemlərdən biri də şizotipal şəxsiyyət pozuntusudur.

Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, şizotipal şəxsiyyət pozuntusu ciddi pozuntudur və bu halı yaşayan insanların heç bir yaxın münasibəti olmur:

"Onlar hadisələrə xarici deyil, daxili reaksiya verir, bəzi sosial hadisələrdə isə hədsiz dərəcədə həyəcan, küskünlük, şübhə və narahatlıq yaşayırlar. Həmçinin cəmiyyət arasında qəribə davranır, maraqlı düşüncələrə sahib olurlar. Cəmiyyətdən izolyasiya olmaq onlar üçün çox pis bir hal olsa da, insanlarla münasibətdə həmişə məsafəli olurlar".

Psixoloq deyib ki, bu tipli insanlarda reallığa qarşı yadlaşma müşahidə olunur:

"Qəribə, mistik, batil inancları olur, realda olmayan insanlardan mesaj aldıqları ilə bağlı düşüncələri var. Duyğu, düşüncə və davranışlarında dağınıqlıq var. Danışığının qeyri-qəti və davranışlarının qəribə olması interpersonal munasibətlərinin pozulmasına səbəb olur".

Anar Əliyev
Xəbəri paylaş