Qazaxıstanda baş verən sel daşqınlarından insanları qorumaq məqsədilə 12 min nəfərdən çox insan daha təhlükəsiz yerlərə təxliyə edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Verilən məlumata görə, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Akmola, Atırau, Qaraqanda, Şimali Qazaxıstan, Türküstan, Almatı, Pavlodar, Ulıtau, Abay vilayətlərində 4728 nəfəri uşaq olmaqla 12 701 nəfər təxliyə edilib.
Daşqın vəziyyətində olan rayonlarda, Aktobe, Akmola, Kostanay, Qərbi Qazaxıstan və Abay vilayətlərində daşqınlara qarşı mübarizə tədbirlərinə ölkənin digər rayonlarından da qüvvələr cəlb edilib.
Mehman Mehdiyev