Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall" konsert kompleksində baş verən məlum terror aktından sonra ölkə ərazisindəki mövcud bu tipli binaların, obyektlərin təhlili aparılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi həmin binaların yanğın təhlükəsizliyi, mühafizə xidmətinin təşkili, eləcə də digər riskli vəziyyətlərdə fəaliyyət mümkünlüklərini yoxlayıb.
Araşdırmalar zamanı məlum olub ki, Rusiyada 532 000-dən çox yüksək riskli obyekt var. Bununla yanaşı, ölkə ərazisində mövcud olan 130 000 obyekt yüksək riskli, 6 700 bina isə riskli obyekt kimi xarakterizə edilib.
Qeyd edək ki, bu arada Rusiyanın Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall" konsert kompleksində baş verən terrordan sonra binada təhlükəsizlik tədbirləri ilə bağlı müvafiq sənədlər müstəntiqlər tərəfindən nazirliyə təqdim edilib.
Mehman Mehdiyev