Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
Newscenter.az--ın xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
O, həmçinin "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Haluk Görgün "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.