Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin demokratik ənənələrə sadiqliyi

Türkiyənin demokratik ənənələrə sadiqliyi


Türkiyədə yerli özünüidarə orqanlarına seçkilərin nəticələri artıq bəllidir. Ana müxalifət hesab edilən Cümhuriyyət Xalq Partiyası (CHP) seçkilərdə qalib hesab edilir.

Newscenter.az-ın xəbərinə görə, Türkiyədəki seçkiləri təhlil edən siyasi ekspert Əlabbas Məhərrəmli deyib ki, CHP-ni ümumi seçkilərdə öndə olmaqla yanaşı, böyük şəhərlərdə də nəticələr dəyişmədi və CHP postlarını qoruya bildi:

"Burada bir nüansı unutmaq olmaz! Bütün hallarda təbriklər birinci, Prezident Rəcəb Tayyib Ərdoğana düşür. Onun xalqa müraciətində “Təəssüf ki, yerli seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni ala bilmədik və nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi bizim demokratiyamızdır, milli iradəmizdir” deməsi onun böyüklüyü, demokratik ənənələrə sadiqliyi və xalqın seçiminə hörmətin əlamətidir".

Anar Əliyev
Xəbəri paylaş