Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynadakı Polşa və Amerika istehsalı olan artilleriya qurğuları məhv edilib

Ukraynadakı Polşa və Amerika istehsalı olan artilleriya qurğuları məhv edilib


Rusiya Silahlı Qüvvələri Ukraynadakı Polşa və Amerika istehsalı olan “Crab” və “Palladin” özüyeriyən artilleriya qurğularını məhv edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 203 mm kalibrli 2S7M "Malka" özüyeriyən silahının ekipajının Donetsk istiqamətində apardığı döyüş əməliyyatı nəticəsində bu mümkün olub. Belə ki, kəşfiyyat pilotsuz uçan aparatından alınan obyektiv nəzarət görüntüləri əsasında sözügedən qurğular dəqiq zərbələrlə məhv edilib.

Qeyd edək ki, “Malka” Rusiya artilleriyasının ən güclü və uzaqmənzilli özüyeriyən silahlarından biridir, aktiv raket mərmisini 45 kilometrdən çox məsafəyə göndərə bilir.

Anar Əliyev
Xəbəri paylaş