Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

800-dən çox qanunsuz əməkçi miqrant ölkədən qovulub

800-dən çox qanunsuz əməkçi miqrant ölkədən qovulub


Qazaxıstanda qeyri-qanuni miqrantlara qarşı tədbirlərə start verilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, təkcə Çimkənd vilayətində 815 qeyri-qanuni əcnəbi aşkar edilib.

Bu barədə şəhər prokurorluğu məlumat yayıb. Bildirilir ki, xarici vətəndaşlar saxta tibbi arayış ilə ölkəyə gəlirlər.

Prokurorluq onların hamısının ölkədən çıxarıldığını bildirib. Baş vermiş qanunsuzluqlara görə isə Çımkənd şəhər məşğulluq və sosial müdafiə şöbəsinin şöbə müdiri və mütəxəssisi intizam məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, bundan əvvəl 6000-dən çox qeyri-leqal əməkçi miqrant müəyyən edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş