Azərbaycanın vətəndaş cəmiyyəti sektoruna daha bir qeyri-hökumət təşkilatı daxil olur.
Newscenter.az xəbər verir ki, “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyi adlı təşkilatın təsisçisi Suzana Abseynovadır. Təşkilatın yaradılması məqsədi barədə saytımıza məlumat verən Suzana Abseynova deyib ki, uzun illərdir özünün və yaxın ətrafının köməkliyi ilə aztəminatlı ailələrə dəstək aksiyaları həyata keçirir və bundan sonrakı fəaliyyətini təşkilat olaraq reallaşdırmaq məqsədilə sözügedən QHT-ni təsis edib:
“Artıq qərara gəldim ki, bu prosesi təşkilat olaraq həyata keçirim. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra dövlətin müvafiq qurumları ilə əlaqəli şəkildə aztəminatlı ailələrə yönəlik xeyriyyə, dəstək aksiyaları təşkil edək”.
Suzana Abseynova deyib ki, təşkilat olaraq aztəminatlı ailələrə psixoloji dəstək vermək də əsas məqsəd və vəzifələrdəndir:
"Bu məqsədlə xüsusi risk qrupuna aid olan şəxslər müəyyən ediləcək, təşkilatımızın psixoloqları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılacaq, zəzurət yarandığı təqdirdə həmin şəxslərin müayinə və müalicəsi dəstək veriləcək".
Təşkilat sədri onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda təsis etdiyi QHT-nin dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək.
Süleyman