Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cahangir Hüseynovun yaradıclıq gecəsi keçiriləcək

Cahangir Hüseynovun yaradıclıq gecəsi keçiriləcək


Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixi romanlar müəllifi, sabiq millət vəkili Cahangir Hüseynovun yaradıcılıq gecəsi keçiriləcək.

Bu barədə Newscenter.az-a məlumat verən Cahangir Hüseynov deyib ki, yaradıcılıq gecəsi 70 illik yubileyinə həsr olunacaq.

Aprelin 4-də baş tutacaq geceədə müəllifin yeni nəşr olunmuş 3 cildlik Azərbaycan Respublikasının suverenliyinin bərpasına, bütöv, vahid Azərbaycana və ulu öndər Heydər Əliyevin ilinə, görkəmli hüquqşünas Hüseyn Hüseynovun 100, Şərqin sonuncu Fatehi, Azərbaycan Əfşarlar dövlətinin qurucusu Nadir şahın 335 illik yubileyinə həsr olunmuş "Fikirlərim, Düşüncələrim, Mülahizələrim və Xatirələrim" adlı kitabının təqdimatı da olacaq.

Həmçinin, gecədə rejissoru Elnurə Kərimova olan "Ömürdən Anlar-Cahangir Ömrü" adlı sənədli film nümayiş olunacaq. Yaradıcılıq Gecəsi Nizami Kino Mərkəzində keçiriləcək.

Süleyman
Xəbəri paylaş