"Türkiyədə növbədənkənar seçkilər məsələsi aktuallaşıb. Prezident Rəcəb Tayyib Ərdoğan və komandası mümkün qədər seçki olmamasına, CHP isə əksinə, daha tez seçki keçirilməsinə çalışacaq. Məsələ budur ki, hazırda CHP - nin nüfuzu yüksəkdir, qalib partiyadır, ancaq 4 il kifayət qədər böyük vaxtdır. Bələdiyyələri qazanmaqla CHP ölkə iqtisadiyyatının çox böyük hissəsinə nəzarət edəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O deyib ki, mühüm sosial - iqdisadi lahiyyələr onun nəzarətində olacaq:
"İş olan yerdə təbii ki, uğursuzluqlarda olacaq. AK Partiyanın əlində çox güclü admistrativ resurslar, mediya imkanları var. CHP - li bələdiyyələrin bütün səhflərini qabardılacaq. Digər məsələ partiya rəhbərliyi ilə bağlıdır. Özgür Özəl yeni gəlib. Ancaq növbəti seçkilərə 5 ilini tamamlamış lider kimi qatılacaq. Buda bir qədər problemdir. Həmçinin CHP - nin prezidentliyə namizədi demək olar ki, artıq bəllidir - Əkrəm İmamoğlu. Onun əsas rəqibi də AK Partiyadan olacaq. Ancaq həmən şəxsin kimliyi bilinmir. Ərdoğan son ana qədər öz varisini gizli saxlayacaq. Bu onu mühafizə etmək üçündür. Buna görə iqdidar mediyası var gücü ilə İmamoğlunu vuracaq. CHP və İmamoğlu 2028 - ci il seçkilərində də qalib gələ bilərlər. Ancaq məsələ ondadır ki, həmən zaman müəyyən risklər üzə çıxacaq. CHP mümkün qədər işini tamamlamaya çalışacaq. Atatürkün partiyasının qarşında indi tək hədəf var - Ərdoğanı növbədənkənar seçkiyə məcbur edib hakimiyyəti götürmək".
Anar Əliyev