Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çinin Orta Asiya planı

Çinin Orta Asiya planı


Çin sürətlə Orta Asiyaya nüfuz edir. Bu ölkənin təhlükəsizlik naziri Van Syaoxunqun anidən Özbəkistana səfəri də belə deməyə əsas verir.

Newscenter.az-ın xəbərinə görə, Pekinin region maraqları barədə danışan politoloq Pərviz Əliyev deyib ki, Moskvadakı Ticarət Kompleksindəki terror aktından sonra Kremlin təbliğatçıları taciklər üzərindən birbaşa Mərkəzi Asiyanı təhdid etməyə başladılar:

"Bu gün isə Tatarıstan ərazisinə edilən dron hücumundan sonra Dumada Hərbi Məsələlərdən məsul General Andrey Gurulyov RƏSMƏN hücumun Mərkəzi Asiya ölkələrinin birindən edildiyini açıqlayıb. Bu təhdidlərdən sonra Çin dövlətinin önəmli fiquru Şavkat Mirziyoyev ilə görüş keçirərək iki ölkə arasındakı təhlükəsizlik məsələlərini müzakirə ediblər".

Politoloq qeyd edib ki, prezident Mirziyoyev Özbəkistan və Çin arasında dostluq və strateji tərəfdaşlığın hazırkı səviyyəsini vurğulayaraq, hüquq-mühafizə sahəsində səmərəli idarələrarası əməkdaşlıq imkanlarını vurğulayıb. Görüşdə həmçinin Mərkəzi Asiyada sabitliyin və rifahın təşviqinə qarşılıqlı sadiqliyi əks etdirən regional əməkdaşlığa dair müzakirələr aparılıb.

Anar Əliyev
Xəbəri paylaş