Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə AK Partiyanın Mərkəzi İdarə Heyətinin toplantısı keçrilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, partiyanın qərargahında keçirilən toplantıda əsas gündəm bələdiyyə seçkilərinin nəticələri olacaq.
Seçki nəticələri prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda qiymətləndiriləcək.
Toplantı zamanı əvvəlki seçkilərlə vilayətlərə və rayonlara görə müqayisələr aparılacaq.
Mərkəz İdarə Heyətinin toplantısından sonra AK Partiya sözçüsü Ömər Çelik həm gündəm, həm də iclasla bağlı açıqlama verəcək.
Anar Əliyev