İranın Ali Dini lideri Əli Xamneyi Suriyadakı hücuma görə İsraildən qisas alınacağını deyib.
Newscenter.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, dini lider İsrail buna peşman olacağını deyib:
"İran İsraildən qisas alınacaq. İsrailin hücum cavabsız qalmayacaq".
Məlumat üçün qeyd edək ki, İsrailin F-35 təyyarələri İranın Suriyadakı konsulluğunu 6 raketlə vurub. İranın paytaxt Dəməşqdəki səfirliyinin binasında yerləşən diplomatik nümayəndəlikdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli komandiri də var.
Mehman Mehdiyev