Qazaxıstanın “Kaşaqan” yatağında neft sızması baş verib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki, Atırau vilayətinin Ekologiya Departamentinin mütəxəssisləri neftin sızdığı yerə baxış keçirəcəklər.
Xəzər dənizindəki “Kaşaqan” yatağının ərazisinə neft dağılması faktları əsasında neft hasilatı sahəsində vizual yoxlama və nümunələrin götürülməsi üçün dənizə səfər təşkil olunacaq.
Əgər faktlar Atırau vilayəti üzrə Ekologiya Departamenti tərəfindən təsdiq olunarsa, NCOC şirkətinə plansız yoxlama aparılacaq və nəticələr barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, kosmik monitorinq məlumatlarına əsasən Xəzər dənizinin şimalında 7 kvadrat kilometr əraziyə neftin dağıldığı bildirilir.
Natiq Orucov