Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kino Agentliyinə mətbuat katibi təyin olunub

Kino Agentliyinə mətbuat katibi təyin olunub


Jurnalist İltifat Sultanov (Hacıxanoğlu) Azərbaycan Kino Agentliyinə (ARKA) yeni mətbuat katibi təyin olunub.

Newscenter.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Qeyd edək ki, İ.Sultanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsini bitirib. O, müxtəlif dövrlərdə bir sıra telekanal, qəzet və saytlarda fəaliyyət göstərib.

Eyni zamanda bir müddət Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi vəzifəsində də çalışıb.
Xəbəri paylaş