Kiprin yunan hissəsindən Qəzzaya gəmilərlə göndərilən humanitar yardım çatdırılmadan geri qayıdıb.
Newscenter.az Güney Kipr mətbuatına istinadən bildirir ki, Kipr adasından Qəzzaya gəmilərlə göndərilən 240 ton humanitar yardım World Center Kitchen (WCK) yardım təşkilatının 7 üzvünün vəfat etməsi səbəbindən çatdırılmadan geri dönüb.
Güney Kıbrıs Rum İdarəsi (GKRY) Xarici İşlər Nazirliyinin sözçüsü Teodoros Qotsis, Larnaka limanından Qəzzaya dəniz yolu ilə göndərilən 90-100 ton humanitar yardımın insanlara çatdırıldığını bildirib. Daha sonra İsrailin hücumu nəticəsində WCK 7. üzvünün ölümü nəticəsində paylana bilməyən 240 ton yardımın gəmilərlə Kıbrısa geri döndüyü qeyd edilib.
Sözcü Qotsis sözügedən yardımın aqibətinin nə olacağı və yardımın yenidən dəniz yolu ilə bölgəyə göndərilib-göndərilməyəcəyi ilə bağlı məlumat verməyib.
Mehman Mehdiyev