Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlib

Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlib


Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin onların ailə üzvləri, Dostluq Cəmiyyətinin təsisçiləri, səfirliyin əməkdaşları müqəddəs Ramazan ayında iftar süfrəsi arxasına toplaşıblar.

Newscenter.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan Diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə ölkələrimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan diasporunun, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxış edərək bildirib ki, Ramazan adət ənənələri xalqımız tərəfindən Sovet repressiyalarına baxmayaraq qorunub saxlanılmışdır. Müstəqil Azərbaycan bütün dünyada multikulturalizm və tolerantlıq modeli kimi tanınır və bizim ölkədə yaşayan bütün xalqlar və dini konfessiyalara hörmətlə yanaşılır. Ulu öndər Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz dini və etnik əminamanlıq məkanına çevrilib. O, diasporumuzun keçirdiyi tədbirlərdə Azərbaycan icması ilə birlikdə ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyətin nümayəndələrinin iştirak etməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Səfir Azərbaycanın dostlarının Misirdə ölkəmizin təbliğ edilməsində böyük rol oynadıqlarını bildirib.

Tədbirdə çıxış edən qonaqlar Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar Azərbaycan diasporunun iki xalq arasında münasibətlərin inkişafına böyük töhfələr verdiyini nəzərə çatdırıblar.
Qeyd edək ki, hazırda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 57 ölkədən 600-dən çox gənc ödənişsiz təhsil alır.



Süleyman
Xəbəri paylaş