Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin növbəti terror aktları ilə bağlı xəbərdarlıq edib

Putin növbəti terror aktları ilə bağlı xəbərdarlıq edib


“Crocus City Hall” terror aktını sifariş edənlər mütləq tapılacaq.

Newscenter.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegial iclasında çıxışı zamanı deyib.

O bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktından son faydalananları müəyyən etmək vacibdir.

V.Putin həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq artırlımalıdır: “Ölkədəki ictimai yerlər diqqətlə qorunmalıdır”.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.(report)
Xəbəri paylaş