Qazaxıstanın su basmış rayonlarından 16 mindən çox insan təxliyə edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, təxliyə edilənlərin 6 316-sı uşaqdır.
Məlumata görə, Aktobe, Qərbi Qazaxıstan, Akmola, Kostanay vilayətlərində müvəqqəti yerləşdirmə mərkəzlərində 1655-i uşaq olmaqla 3881 nəfər var.
Ümumiyyətlə, daşqın başlayandan bəri xilasedicilər və kommunal xidmət işçiləri 5,3 milyon kubmetr sel sularını qurudub.
Aprelin 2-nə 320 fərdi yaşayış evinin və 940 həyətyanı sahədən su çəkilib. Eyni zamanda, 1374 fərdi yaşayış evi və 375 həyətyanı sahə hələ də su altındadır.
Qərbi Qazaxıstan, Aktobe, Akmola, Kostanay, Şərqi Qazaxıstan, Abay və Ulıtau vilayətlərində 62 yaşayış məntəqəsinə giriş isə hələ mümkün olmayıb.
Anar Əliyev